BAKI, 18 noyabr. TELEQRAF

2027-ci ilin dövlət büdcəsində işsizlikdən sığorta ayırmaları 28,6 mln. manat nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun (İSF) 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Qeyd edilir ki, Fondun büdcə layihəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə cari ildə 25,9 mln. manat, növbəti ildə isə bu istiqamət üzrə cari ilin gözlənilən göstəricisindən 0,09 mln. manat və ya 0,3% çox olmaqla 29,8 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb. Bu da dövlət büdcəsinin müvafiq göstəricisindən 1,2 mln. manat çoxdur.