BAKI, 18 noyabr. TELEQRAF
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturu təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) də təsdiq edilib.