BAKI, 18 noyabr. TELEQRAF

Çin rəhbərliyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edən ölkələrlə regional əməkdaşlıq və birgə inkişaf planlarını müzakirə etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin bildirib.

Çin lideri qeyd edib ki, noyabrın 19-da qarşılıqlı açıqlığın genişləndirilməsi, innovasiyalara əsaslanan iqtisadi artım imkanlarının araşdırılması və bütün sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi ilə bağlı tədbirlər müzakirə olunacaq:

"Bu müzakirələrin məqsədi regional əməkdaşlıq çərçivəsində daha əhəmiyyətli nəticələr əldə etməkdir".