BAKI, 18 noyabr. TELEQRAF
Ukrayna millisinin hücumçusu Danilo Sikan Gürcüstanla oyunda fərqlənərək ölkəsinin futbol tarixinə düşüb.
Teleqraf xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin son turunda Gürcüstanı 1:0 hesabı ilə məğlub edən Ukrayna yığmasının yeganə qolunu Sikan vurub. O, görüşün 53-cü saniyəsində rəqib qapısına yol tapıb.
Bu, Ukrayna millisinin rəsmi oyunlardakı ən erkən qolu kimi tarixə düşüb. Daha əvvəl Andrey Yarmolenko 15-ci, Sergey Rebrov isə 46-cı saniyədə fərqlənsə də, həmin qollar yoxlama oyunlarında vurulub.
Qeyd edək ki, Ukrayna millisi qrup mərhələsini 7 xalla üçüncü pillədə başa vurub.