BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.