BAKI, 18 noyabr. TELEQRAF
Yeni Konstitusiyanın mətni dərc olunmazdan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciət edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bu gün jurnalistlərlə söhbətində Ermənistan Milli Məclisi sədrinin müavini Vaqan Aleksanyan bildirib ki, yeni Konstitusiya layihəsi bir neçə gün ərzində ictimaiyyətə təqdim olunacaq. Bununla belə, Aleksanyan dəqiq tarix açıqlamayıb.
“Formatla bağlı əlavə məlumat veriləcək. Əminəm ki, hər şey şəffaf olacaq”, - Aleksanyan qeyd edib.
Bundan əvvəl ədliyyə naziri Srbui Qalyan və Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabr ayında dərc olunacağını bildirmişdi.