BAKI, 18 noyabr. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubunda zədəli futbolçularının sayı artıb.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Davinson Sançez Kolumbiya millisinin heyətində zədələnib.

O, Çili ilə keçirilən beynəlxalq matçın 24-cü dəqiqəsində üz nahiyəsindən zərbə aıb. Ağrı səbəbindən oyunu davam etdirə bilməyən 29 yaşlı müdafiəçi meydanı tərk edib. Onun əvəzinə meydana Lusumi daxil olub.

“Qalatasaray”ın digər futbolçuları Roland Sallai və Aleksey Batrakov da milli komandalarının oyunlarında zədə alıblar. Sallai Macarıstan millisinin matçı öncəsi heyətdən çıxarılıb, Rusiya yığmasında çıxış edən Batrakov isə 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, İstanbul klubunda Viktor Osimhen, Rafael Leao və Uğurcan Çakır da zədə səbəbindən məşqlərdən və oyunlardan kənarda qalıblar.