BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.
Nikol Paşinyan qeyd edib ki, dəmir yolu xətlərinin bir-birinə qoşulması texniki məsələlər üzrə razılaşmanı zəruri edir:
"Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycan dəmir yoluna birləşməlidir. Bu məsələlər, texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də məhz budur".