BAKI, 17 iyun. TELEQRAF
Bu gün “Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri məlum olacaq.
Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “ağ-qaralar”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
II təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann" (Norveç), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) klubları yer alıblar.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.