BAKI, 6 noyabr. TELEQRAF

İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Bekker karyerasını vətənində davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, bir neçə Braziliya klubu ulduz qolkiperin xidmətində maraqlıdır.

“Liverpul”la müqaviləsi gələn ilin yayında başa çatacaq 34 yaşlı qapıçının transferi real görünür. Onun gələcəyi ilə bağlı qərarın yaxın aylarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, Alisson 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. “Transfermarkt” portalı braziliyalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.