BAKI, 6 noyabr. TELEQRAF

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Massimiliano Alleqrinin istefaya həftəsonu istefaya göndərə bilər.

Teleqraf xəbər verir ki, buna səbəb A Seriyası təmsilçisinin mövsümə uğursuz başlamasıdır.

Belə ki, Neapol klubu UEFA Çempionlar Liqasında mümkün 12 xaldan cəmi 3-nü, A Seriyasında isə 30 xaldan 14-nü toplayıb. Bazar günü “Latsio” ilə keçiriləcək matçda məğlubiyyət Alleqrinin istefaya göndərilməsi ilə nəticələnə bilər.

Neapol təmsilçisi artıq mümkün əvəzləyicilər üzərində düşünür. Namizədlər arasında “Milan”ın sabiq baş məşqçisi Serxio Konseysau da var.

Qeyd edək ki, Alleqri iyulun 3-də “Napoli”nin baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.