BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycan I Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Teleqraf xəbər verir ki, “Xankəndi” klubunun futbolçusu Bəhruz Teymurov “Ayın qolu” layihəsinin qalibi olub.

Oktyabrın ən yaxşı qolu V turda “Şahdağ Qusar”la qarşılaşmada qeydə alınıb.

Bəhruz Teymurova mükafatı Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.