BAKI, 6 noyabr. TELEQRAF
İtaliyanın “Yuventus” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Niderland təmsilçisi “AZ Alkmaar”a qalib gəlib.
Teleqraf xəbər verir ki, Turin təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. “Yuventus”un heyətində Teun Kopmeyners və Randal Kolo Muani ilk hissədə fərqləniblər.
Turin klubu 1999/2000 mövsümündən sonra ilk dəfə avrokubokların Liqa mərhələsində ilk 4 matçda 10-dan çox qol vurub. Hazırda komandanın hesabında 11 qol var.
10 xalı olan “Yuventus” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İtaliya təmsilçisi növbəti turda noyabrın 26-da doğma meydanda “Omoniya”nı qəbul edəcək.