BAKI, 6 noyabr. TELEQRAF

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Teleqraf Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yığmanın UEFA Millətlər Liqasının C qrupu çərçivəsində noyabr ayında keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer alıb.

Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı, noyabrın 16-da isə səfərdə Farer adalarını qəbul edəcək.