BAKI, 6 noyabr. TELEQRAF

DÇ-2028-in əsas mərhələsində Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Teleqraf xəbər verir ki, noyabrın 8-də Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Dino Kramar olacaq. Ona Nikola Jeliç və Nina Nakic kömək edəcəklər.

Timekeeper vəzifəsini azərbaycanlı Hidayat Feyzullayev yerinə yetirəcək. Hakim-inspektor italiyalı Angelo Qalante, UEFA nümayəndəsi isə almaniyalı Stephan Kammerer olacaq.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də saat 20:00-da başlayacaq. Qarşılaşma DÇ-2028-in əsas mərhələsinin XII qrupu çərçivəsində keçiriləcək.