BAKI, 11 mart. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron özünü Napoleon sanır və dünyanı böyük müharibəyə aparır.

Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində Avropa Parlamentinin Slovakiyadan olan deputatı Lüboş Blaqa deyib.

Avropa Parlamentinin deputatı Makronun Fransanın nüvə silahı ilə bağlı son şərhlərini “tarixdə bonapartizmin ən təmiz forması” adlandırıb.

Blaqa qeyd edib ki, Fransa prezidentinin bəyanatları müharibənin qızışdırmağa səbəb olur: "Makron elə danışır ki, sanki özünü kainatın ağası hesab edir". Bu baxımdan, deputat vurğulayıb ki, üçüncü dünya müharibəsi təhlükəsi realdır.

Blaqa bildirib ki, tarixin hərəkətverici qüvvəsi olmaq istəyən "Bonapartın karikatusı" - Makron hətta faciə deyil, məzhəkədir.

Avropa Parlamentinin deputatı qeyd edib ki, Fransa prezidenti qərarlarında heç öz parlamentinə də arxalana bilməz.