
BAKI, 10 mart. TELEQRAF
“Ukrayna qoşunlarının Kursk vilayətində yerləşən bölmələrinin mühasirəyə düşməsi təhlükəsi yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna qoşunlarının Ali baş komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, Ukrayna qoşunları faydalı müdafiə mövqelərinə çəkilir: “Hazırda Kursk vilayətində bölmələrimizin mühasirəyə alınması təhlükəsi yoxdur. Əlverişli müdafiə mövqelərinə manevr etmək üçün vaxtında tədbirlər görülür”.