
BAKI, 11 mart. TELEQRAF
“Ukrayna sülh sazişinin tərkib hissəsi kimi ərazi güzəştlərinə getməli olacaq”.
Teleqraf “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib .
Dövlət katibinin sözlərinə görə, həm Ukrayna, həm də Rusiya güzəştə getməli olacaq: “ABŞ üçün aydındır ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətin olacaq. Hər iki tərəf silahlı münaqişənin həlli üçün çətin qərarlara hazır olmalıdır. Moskva və Kiyev problemin hərbi yolla həllinin mümkün olmadığını anlamalıdır”.