
BAKI, 10 mart. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin “Boluspor” klubu növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Bolu şəhər təmsilçisi Türkiyə I Liqasının XXIX turunda “İstanbulspor”u qəbul edib. Qarşılaşma “Boluspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli 89-cu dəqiqədə Florent Hasaninin əvəzinə meydana daxil olub.
"Boluspor" bu qələbə ilə xallarının sayını 44-ə çatdıraraq 6-cı pilləyə yüksəlib. İstanbul təmsilçisi bir xal az toplayaraq 7-cidir.
Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsüm ərzində meydana çıxdığı 17 oyunda cəmi 1 qol vurub.