BAKI, 10 mart. TELEQRAF

Bu gün Yel çərşənbəsidir.

Teleqraf xatırladır ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir.

El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar.

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək.

Yel çərşənbəsinin başqa biri ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulmasıdır. Bir-bir oğul-uşaq, qız-gəlin yelləncəklərdə yellənər.

Deyilənə görə, Yel çərşənbəsi ilə əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişini xəbərdar edir.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.