BAKI, 10 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa Ağ Evdəki görüşdə baş verənlərlə bağlı üzrxahlıq məktubu göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" kanalına müsahibəsində bildirib.

S.Uitkoff deyib: “Zelenski Oval kabinetdə baş verən insidentlə bağlı üzrxahlıq məktubu göndərib. Bu, mühüm addımdır”.

Uitkoffun sözlərinə görə, ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında çoxsaylı müzakirələr olub. Xüsusi nümayəndə bunu irəliləyiş kimi qiymətləndirib. O əlavə edib ki, hazırda Vaşinqtonun Kiyevlə təhlükəsizlik zəmanətləri və ərazi problemi kimi “asan məsələləri” müzakirə etməsi vacibdir.

Oval kabinetdə Zelenski ilə Tramp arasında qalmaqallı danışıqlar fevralın 28-də baş tutub.