
BAKI, 10 mart. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasına iddialı olan "İmişli" klubunu cəzalandırıb.
Teleqraf-ın məlumatına görə, buna klubun I Liqada XVII turun "Mingəçevir"ə qarşı ev oyunu zamanı baş verənlər səbəb olub.
"İmişli" 6 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 70 manat, Əsasnamənin tələbi pozulduğuna görə 50 manat cərimələnib.
Qarşılaşmanın 87-ci dəqiqəsində futbolçulardan Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqəyə görə 1 oyunluq, Gilyerme Silva isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Buna görə də “İmişli” klubu müvafiq olaraq, 50 manat və 300 manat ziyana düşüb.
Qeyd edək ki, oyun "Mingəçevir"in qələbəsi ilə başa çatıb - 1:0.