
BAKI, 11 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi Muhamməd bin salman Əl Səudla görüşüb.
Teleqraf xəbər verir ki, Ukrayna rəhbəri bu barədə Telegram kanalında yazıb.
V.Zelenski "gözəl görüş" və "Ukraynaya göstərdiyi dəstək üçün" şahzadəyə təşəkkür edib.
Görüşdə ikitərəfli tərəfdaşlıq məsələləri, Ukraynada sülhün bərqərar olması, əsirlərin qaytarılması və təhlükəsizlik təminatı məsələləri müzakirə olunub.
Zelenski onu da qeyd edib ki, Ukrayna heyəti bu gün də bir sıra görüşlər keçirəcək.