
BAKI, 10 mart. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Argentinada baş vermiş dağıdıcı daşqınlarda həlak olanlarla bağlı başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkə hesabında bildirilib.
Bəyanatda deyilir: “Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub. Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”.
Qeyd edək ki, Argentinanın Baiya-Blanka şəhərində təbii fəlakət nəticəsində ondan çox insan həlak olub, yüzlərlə insan təxliyə edilib.