
BAKI, 10 mart. TELEQRAF
Braziliyanın "Santos" klubunun futbolçusu Neymar Junior zədələnib.
Teleqraf insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, braziliyalı hücumçu komandasının ötən gün Paulista Liqasının yarımfinalında "Korintias"la səfər matçını buraxmalı olub.
33 yaşlı oyunçunun zədəsi haqqında məlumat verilmir.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Neymar ötən həftə Braziliya milli komandasının dünya çempionatının seçmə mərhələsinin oyunları üçün dəvət almışdı.
Qeyd edək ki, Neymar Junior "Santos"a yanvarda keçib. O, meydana çıxdığı 7 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.