BAKI, 11 mart. TELEQRAF

Rusiyanın Xarici işlər naziri Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT ) Baş katibi Feridun Siniroğlu ilə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

XİN nümayəndəsi deyib: “Martın 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi arasında danışıqlar aparılacaq, o, Moskvaya işgüzar səfərə gələcək”.