BAKI, 11 mart. TELEQRAF

Rusiyanın Təhlükəsizlik və korrpusiya ilə mübarizə ilə bağlı Federal layihə rəhbəri, vəkil Vitali Borodin məşhur müğənni Alla Puqaçovaya qarşı ittiham irəli sürüb.

Teleqraf yerli saytlara istinadən xəbər verir ki, layihə rəhbəri son illər xaricdə yaşayan estrada ulduzunu onun həyatına sui-qəsd hazırlamaqda ittiham edib.

Martın 10-da V.Borodin ədliyyə general-mayoru Andrey Strijova bununla bağlı müraicət edib.

V.Borodin qeyd edib ki, həyatına təhlükə hiss edir. Belə ki, layihə rəhbəri ona qarşı sui-qəsd hazırlandığı barədə məlumat alıb və qəsdin sifarişçisi Alla Puqaçova ola bilər.

Müğənni ondan qisas almaq istəyə bilər: çünki daha əvvəl V.Borodin müğənnini fərxi adlardan məhrum etmək, onu əcnəbi casus saymaq və Puqaçovanı məsuliyyətə cəlb etməklə bağlı çağırışlar edib.