
BAKI, 10 mart. TELEQRAF
Bu gün X sosial şəbəkəsində problemlər yaşanıb.
Teleqraf xəbər verir ki, X sosial şəbəkəsinin işində gün ərzində bir neçə dəfə problemlər qeydə alınıb.
Nasazlıqlar Bakı vaxtı ilə 17.30-dan başlayıb. Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələlərdə bəzi istifadəçilər hesablarına daxil ola bilməyiblər, digərlərində serverlə əlaqə alınmayıb.
On dəqiqə sonra problem aradan qaldırılsa da, saat 17-də şəbəkənin işində yenidən nasazlıq yaranıb.
Sosial şəbəkənin sahibi İlon Mask bunu X-ə qarşı iri kiberhücumlarla bağlayıb.
O bildirib ki, belə hücumlar hər gün olur, lakin bu dəfə onların sayı artıb. Maks deyib: "Görünür, bura koordinasiya olunmuş qrup və ya ölkə cəlb olunub".