
BAKI, 10 mart. TELEQRAF
Almaniyanın "Bayer Leverkuzen" klubunun futbolçusu Florian Virts bir neçə həftəlik sıradan çıxıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Almaniya Bundesliqasının XXV turunda evdə "Verder"ə 0:2 hesabı ilə məğlub olduqları oyunda sağ topuq nahiyəsindən zədələnib. Almaniya millisinin oyunçusu bu səbəbdən, qarşılaşmanın 59-cu dəqiqəsində meydanı tərk etməli olub.
"Bay Arena"da baş tutan oyunda Xabi Alonsonun komandasından Qranit Caka və Edmond Tapsoba da xəsarət alıb. Onların zədəsi barədə ətraflı məlumat verilmir.
Virts UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununda komandasına kömək edə bilməyəcək.
"Bayer Leverkuzen" - "Bavariya" matçı 11 martda keçiriləcək. İlk oyunda münhenlilər 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Florian Virts cari mövsümdə meydana çıxdığı 39 oyunda 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.