BAKI, 11 mart. TELEQRAF

Martın 10-da Meksikanın Oaxaka və Duranqo ştatlarında avtobusların toqquşması nəticəsində azı 25 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat verir.

Oaxaka ştatında avtobusun aşması nəticəsində 11 nəfər həlak olub. 12 nəfər isə xəstəxanaya yerləşdirilib.

Duranqo ştatında isə 24 sərnişini daşıyan avtobus traktorla toqquşub. Nəticədə, yanğın baş verib və 14 nəfər həlak olub.