
BAKI. 10 mart. TELEQRAF
Azərbaycan və Haiti yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma üçün ən ucuz - 2-ci kateqoriyalı biletə 2 manat qiymət qoyulub. 1-ci kateqoriyalı bilet 5 manata, VIP biletlər 10 manatadır.
Biletləri iTicket.az-ın "Gənclik Mall", "28 Mall" ticarət mərkəzləri, 1 (Sahil m. M.Rəsulzadə 3) və 2 saylı (Bülbül prospekti, Nizami küç.) köşklərdən, 1 - 4 Saylı ASAN xidmət mərkəzlərindən, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən almaq mümkündür.
Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.