BAKI, 10 mart. TELEQRAF

İngiltərənin "Liverpul" klubu "Adidas" idman geyimi brendi ilə sponsorluq müqaviləsi bağlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya şirkəti 2025/2026 mövsümündən Mersisayd təmsilçisinin kişi, qadın və gənclər komandaları üçün oyun və məşq dəstləri, həmçinin klub əməkdaşlarının geyimlərini təmin edəcək.

"Liverpul" bu əməkdaşlıqdan illik 60 milyon funt sterlinq gəlir əldə edəcək.

"Adidas" artıq 1985 - 1996 və 2006 - 2012-ci illərdə "Liverpul"un texniki sponsoru olub.

Qeyd edək ki, "Liverpul"un hazırkı sponsoru "Nayk"la müqaviləsi yayda bitir.