
BAKI, 6 mart. TELEQRAF
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Teleqraf xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
Günün ilk matçında “Feyenoord” Niderlandda İtaliya “İnter”ini sınağa çəkib. Pley-offda “Milan”ı üstələmiş Niderlend təmsilçisi bu dəfə məğlubiyyətə düçar olub.
Əvəzində "İnter" Markus Türan və Lautaro Martinesin qolları ilə 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.
Münhendə iki Almaniya klubu – “Bavariya” və “Bayer” üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri böyük hesabla qalib gəliblər. Qollardan ikisini Harri Keyn, digərini Camal Musiala vurublar.
ÇL-in favoritləri sırasında yer alan İspaniya “Barselona”sı Portuqaliyada “Benfika”nın qonağı olub. Qarşılaşma "Barselona"nın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Rafinya vurub.
Nəhayət, gecənin maraqla gözlənilən qarşılaşmasında PSJ Fransada İngiltərə "Liverpul"una uduzub - 0:1. Qolun müəllifi isə 87-ci dəqiqədə Harvi Elliott olub.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya) - 0:2
Qollar: Markus Türam, 38. Lautaro Martines, 50
00:00. “Bavariya” (Almaniya) – “Bayer” (Almaniya) - 3:0
Qollar: Harri Keyn, 9; 75. Camal Musiala, 54
Qırmızı vərəqə: Nordi Mukiele, 62 ("Bayer")
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) - 0:1
Qol: Rafinya, 61
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə) - 0:1
Qol: Harve Elliott, 87
Xatırladaq ki, 1/8 final mərhələsinin ilk görüşlərindən 4-ü martın 4-də keçirilib.