BAKI, 5 mart. TELEQRAF

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günü 4 qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Feyenoord” evdə “İnter”lə qarşılşacaq. Pley-offda “Milan”ı üstələyən Niderlend klubu daha bir Milan təmsilçisini mübarizədən kənarda qoymağa can atacaq.

Münhendə iki Almaniya klubu – “Bavariya” və “Bayer” üz-üzə gələcək. Bundesliqada ilk pillələrdə qərarlaşan komandaların oyunu maraqla gözlənilir.

ÇL-in favoritləri sırasında yer alan “Barselona” Portuqaliyada “Benfika”nı sanağa çəkəcək.

Gecənin maraqla gözlənilən daha bir oyunu Fransa paytaxtında baş tutacaq. PSJ turnirin ən güclülərindən “Liverpul”u büdrətməyə can atacaq.

Yada salaq ki, mərhələnin 4 oyunu dünən keçirilib.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

21:45 “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)

00:00 “Bavariya” (Almaniya) – “Bayer” (Almaniya)

00:00 “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)

00:00 PSJ (Fransa) – “Liverpul” (İngiltərə)