
TOVUZ, 5 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Teleqraf xəbər verir ki, son görüş Tovuz şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları arasında keçirilib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüş gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 50-ci dəqiqədə Şevroni Mabatşoyev vurub.
Bununla da Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 22 xalla 8-ci sırada olan “Sumqayıt”a çatsa da, fərdi göstəricilərdə 9-cu yerdə gedir. “Neftçi” isə 27 xalla 6-cıdır.
Digər tərəfdən, "Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə məğlubiyyətin (0:2, 0:1) qisasını alıb.
Turun martın 4-də keçirilən oyunlarında "Sabah" evdə “Araz-Naxçıvan”la heç-heçə edib - 2:2. “Zirə” səfərdə “Turan-Tovuz”u udub - 2:0.
Martın 3-də isə “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.