BAKI, 6 mart. TELEQRAF

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Teleqraf xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Harri Keyn, "Atletiko"nun qapısına qol vuran İspaniya "Real Madrid"inin forvardı Rodriqo, İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Martin Edeqor və İngiltərə "Liverpul"unun qapıçısı Alison Beker iddia edir.

Keyn "Bayer"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edib, Rodriqo "Atletiko" üzərində 2:1 hesablı qələbə qazandıqları matçda qol vurub, Edeqor Niderland PSV-sini 7:1 hesabı ilə darmadağın etdikləri görüşdə iki qol və bir məhsuldar ötürmə müəllifi olub, Beker isə Fransa PSJ-sinə minimal hesabla yendikləri qarşılaşmada 9 qurtarışla fərqlənib.

Qeyd edək ki, həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə yolu ilə seçiləcək.