BAKI, 5 mart. TELEQRAF

Türkiyənin Denizli Super Həvəskar Liqasında maraqlı insident yaşanıb.

Teleqraf xəbər verir ki, "Tavas Birlikspor" klubunun rəhbəri Bekir Karayürek "Çalıköyspor"la qarşılaşma zamanı ona qırmızı vərəqə göstərən oyunun baş hakiminə gözlənilməz reaksiya verib.

Referiyə etiraz etdiyi üçün qırmızı vərəqə görən Karayürek, cibindən çıxartdığı eyni rəngdə vərəqəni hakimə göstərib.

Meydanda və tribunalarda hər kəsin təəccüb doğurduğu epizoda baş hakim gülümsəyərək klub funksionerinin meydanı tərk etməsini gözləyib.