
BAKI, 5 mart. TELEQRAF
İngiltərənin “Arsenal” klubu Çempionlar Liqasının (ÇL) tarixində görünməmiş rekorda sahib çıxıb.
Teleqraf “Opta Sport” nəşrinə istinadən xəbər verir ki, London klubu ÇL-də pley-off mərhələsinin səfər oyununda 7 qol vuran ilk komandadır.
2020-ci ildə ÇL-in 1/4 final mərhələsi çərçivəsində “Barselona” – “Bavariya” oyunu 2:8 hesabı ilə başa çatıb. Amma, həmin oyun koronavirus pandemiyasından sonra neytral meydanda keçirilib.
Qeyd edək ki, “Arsenal” 1/8 final mərhələsinin ilk oyununda səfərdə “PSV Eyndhoven”i 7:1 haesabı ilə məğlub edib. Cavab oyunu martın 12-də Londonda keçiriləcək.