
TOVUZ, 5 mart. TELEQRAF
"Bu gün hər şey çox yaxşı oldu. Biz yaxşı oynadıq və 3 xalı qazandıq. Hər oyuna bu niyyətlə çıxırıq".
Bu sözləri Teleqraf-a açıqlamasında "Kəpəz"in braziliyalı legioneri Paçu Lira evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə danışarkən deyib.
29 yaşlı hücumçu bu oyunu unudub, növbəti tur elitada qalma yolunda əsas rəqiblərdən olan "Sumqayıt"la qarşılaşmanı düşünəcəklərini bildirib: "Bizim üçün çox mühim qələbə idi. Motivasiyamız yaxşıdır. Növbəti oyunu fikirləşəcəyik. Düzdür, "Sumqayıt"la matçdakı 3 xal 6 xala bərabərdir. Amma hazırlığımız hər oyun üçün eynidir. "Sumqayıt" da çox yaxşı komandadır. Biz hər oyuna potensial 3 xal kimi baxırıq və inanırıq ki, növbəti oyun qələbə qazanacağıq".
Qeyd edək ki, "Kəpəz" hazırda 22 xalla 9-cu, "Sumqayıt" eyni xalla 8-ci pillədə yer alır. Premyer Liqanın XXVI turunda martın 10-u "kimyaçılar" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "sarı-göylər"i qəbul edəcək.