
BAKI, 6 mart. TELEQRAF
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Teleqraf xəbər verir ki, 8 oyunun hamısı eyni gündə keçiriləcək.
Turnirin əsas favoritlərindən olan İngiltərənin "Çelsi" klubu Danimarkada "Kopenhagen"in qonağı olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları 13 martda olacaq.
UEFA Konfrans Liqası
1/8 final mərhələsi, ilk oyunlar
6 mart
21:45. "Kopenhagen" (Danimarka) - "Çelsi" (İngiltərə)
21:45. "Betis" (İspaniya) - "Vitoriya" (Portuqaliya)
21:45. "Mölde" (Norveç) - "Legiya" (Polşa)
21:45. "Panatinaikos" (Yunanıstan) - "Fiorentina" (İtaliya)
00:00. "Pafos" (Kipr) - "Yurqorden" (İsveç)
00:00. "Borats" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya)
00:00. "Sele" (Sloveniya) - "Luqano" (İsveçrə)
00:00. "Yaqelloniya" (Polşa) - "Serkl Brügge" (Belçika).