BAKI, 5 mart. TELEQRAF

Türkiyə I Liqasında XXVIII turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin çıxış etdiyi “Çorum” evdə Vüsal İsgəndərlinin forma geydiyi “Boluspor”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç “TRT Spor” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Çorum” 39 xalla turnir cədvəlinin 9-cu, “Boluspor” isə 38 xalla 11-ci yerində qərarlaşıb.