
BAKI, 5 mart. TELEQRAF
"Araz-Naxçıvan"ın futbolçusu Kristian Avram Moldova yığma komandasına dəvət alıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı qapıçı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Moldovanın paytaxtı Kişinyovdakı Zimbru stadionunda Norveç yığması ilə oyun üçün heyətə daxil edilib.
“Araz-Naxçıvan”ın qolkiperi baş məşqçi Serqey Kleşenkonun şans verəcəyi təqdirdə Norveçə qarşı forma geyinəcək.