BAKI, 6 mart. TELEQRAF

Ötən gün Türkiyə I Liqasının XXVIII turunda “Boluspor” səfərdə “Çorum”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin komandası evdə Vüsal İsgəndərlinin çıxış etdiyi Bolu təmsilçisinə yenilib - 0:2.

Çorum şəhər stadionunda baş tutan görüşdə yığmanın yarımmüdafiəçisi Vüsal İsgəndərli 82-ci dəqiqədə meydana çıxıb. O, meydanda olduğu müddətdə heçnə ilə yadda qalmayıb.

"Çorum"un baş məşqçisi isə Coşqun Diniyevə isə şans tanımayıb.

Qeyd edək ki, bu nəticədən sonra “Boluspor” turnir cədvəlində irəliləyərək 41 xalla yeddinci, “Çorum” isə 39 xalla onuncu sırada yer alıb.