
BAKI, 5 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günü bir qarşılaşma baş tutacaq. Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” ev oyunlarını keçirdiyi Tovuz stadionunda “Neftçi”ni qəbul edəcək.
Gəncə təmsilçiləri əzəli rəqiblərini məğlub etsələr, turnir cədvəlində “Sumqayıt”a çatacaqlar. “Neftçi” sensasiyaya imkan verməsə, yaxın rəqibi “Sabah”la xal fərqini 4-ə endirə bilər.
Turun dünən keçirilən oyunlarında "Sabah" evdə “Araz-Naxçıvan”la heç-heçə (2:2) edib, “Zirə” səfərdə “Turan-Tovuz”u udub (2:0).
Martın 3-də isə “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
5 mart (çərşənbə)
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu.