BAKI, 3 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Səbail” və “Şamaxı” üz-üzə gələcək.

Lider “Qarabağ” isə uğursuzluq zolağından çıxa bilməyən “Sumqayıt”ın qonağı olacaq.

Turun digər oyunları martın 4-5-də keçiriləcək.

3 mart

17:00 “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”

19:30 “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu