BAKI, 3 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Teleqraf PFL-ə istinadən xəbər verir ki, hər iki qarşılaşma aprelin 2-də keçiriləcək. Görüşlər müvafiq olaraq 17:00 və 19:30-da start götürəcək.

Azərbaycan Kuboku

1/2 final mərhələsi, ilk oyunlar

2 aprel (çərşənbə)

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
“Liv Bona Dea Arena”

19:30. “Neftçi” – “Sabah”
“Neftçi Arena”.