
BAKI, 2 mart. TELEQRAF
Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Kasımpaşa” ilə oyunda vacib xallar itirib – 3:3. “Sarı-qırmızılar”ın əsas qol silahı Viktor Osimhenin iki dəfə fəqlənməsi də qələbə üçün yetərli olmayıb.
“Qalatasaray”ın büdrəməsindən “Fənərbağça” maksimum yararlanıb. “Sarı-lacivərdlilər” yerli azarkeşləri önündə “Antalyaspor”u damadağın ediblər – 3:0. İstanbul klubunun heyətində Mert Müldür, Duşan Tadiç və Yusuf En-Nesri fəqləniblər.
Hazırda “Qalatasaray” 65 xalla birinci yerdədir. “Fənərbağça”nı liderdən cəmi 4 xal ayırır (61 xal).