BAKI, 3 mart. TELEQRAF

İtaliya A seriyasının 27-ci turunun maraqlı oyunlarından birində “Latsio” səfərdə “Milan” üzərində çətin qələbə qazanıb (2:1).

Teleqraf xəbər verir ki, romalıların qələbə topunu oyunun əsas vaxtına əlavə olunan 8-ci dəqiqədə Pedro Rodriges penaltidən vurub.

“Latsio” qələbə sayəsində 4-cü pilləyə yüksəlib (50 xal, 27 oyun). Uğursuz mövsüm keçirən “Milan” 41 xalla (27 oyun) 9-cu yerdədir.

Hazırda turnir cədvəlinə 58 xalla (27 oyun) “İnter” başçılıq edir. “Napoli”nin 57 xalla (27 oyun) ikici yerdədir.