
BAKI, 3 mart. TELEQRAF
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrənin ilk oyunları keçirilib.
Teleqraf Elm və Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda Azərbaycan İdman Akademiyası Bakı Mühəndislik Universitetinin komandasına böyük hesabla qalib gəlib - 5:0.
Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetini 4:0 hesabı ilə yenibsə, Azərbaycan Texniki Universiteti Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə heç-heçə edib.
B qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Kooperasiya Universitetini 5:0, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetini 3:0, Milli Aviasiya Akademiyası Bakı Slavyan Universitetini 8:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.