
BAKI, 3 mart. TELEQRAF
İngiltərə Kubokunun 1/8 final mərhələsində “Mançester Yunayted” öz meydanında “Fulhem”ə uduzaraq, mübarizəni dayandırıb.
Teleqraf xəbər verir ki, Mançesterdəki məşhur “Old Trafford” stadionunda keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Görüşdə hesabı 45-ci dəqiqədə “Fulhem” açıb. Nigeriyalı müdafiəçi Kalvin Bassi braziliyalı hücumçu Rodriqo Munisin ötürməsini qola çevirib. 71-ci dəqiqədə “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes cavab qolunu vurub.
Penaltilər seriyasında isə “Fulhem” güclü rəqibindən üstün olub (4:3).
“Fulhem” 1/4 finalda “Kristal Pelas”la qarşılaşacaq.